Baş nazir: Aİ-yə üzvlük Gürcüstan üçün prioritetdir

Baş nazir: Aİ-yə üzvlük Gürcüstan üçün prioritetdir
DÜNYA
19:47 11.04.2025
378
Gürcüstan üçün əsas prioritet məsələ Avropa İttifaqına (Aİ) üzvlükdür.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Antalyadakı Diplomatik Forumu çərçivəsində panel müzakirəsi zamanı bildirib.

"Bu istiqamətdə müəyyən çağırışlarımız var. Lakin ümid edirik ki, ölkəmizdə və regionda sülhün bərpası ilə Gürcüstanın inteqrasiyası daha intensiv şəkildə həyata keçiriləcək. Müxtəlif ölkələr arasında düzgün münasibətlər, inkişaf üçün əsas məsələ sülhdür. Buna görə də regionumuzda sülhün möhkəmləndirilməsinə diqqət yetirilməlidir. Biz bunu Türkiyə ilə birlikdə həyata keçirdiyimizə çox şadıq", - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR