Baş nazir Əli Əsədov tanınmış jurnalisti işdən çıxardı

Baş nazir Əli Əsədov tanınmış jurnalisti işdən çıxardı
SOSİAL
12:34 19.11.2019
6953
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Ayaz Mirzəyev tutduğu vəzifədən ayrılıb. 

AZXEBER.COM xəbər verir ki, bu barədə A.Mirzəyev özü "Facebook” səhifəsində yazaraq məlumat verib. 

"Bu müddət ərzində mənim fəaliyyətimə dəstək göstərən, bu vacib işi mənə etimad edən, inanan keçmiş və indiki rəhbərliyimə təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində mətbuat xidməti olaraq mənimlə birgə işləyən, əməkdaşlıq edən media sahəsindəki həmkarlarıma minnətdarlığımı bildirirəm.

Həyatımda əhəmiyyətli rol oynayan dövlət işi təcrübəsi qazandım. Bu vəzifədə bundan sonra fəaliyyət göstərəcək gələcək həmkarıma da bəri başdan uğurlar diləyirəm”, - deyə A.Mirzəyev əlavə edib. 

OXŞAR XƏBƏRLƏR