Baş nazir: ''Latviya Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır''

İQTİSADİYYAT
13:33 29.11.2012
1776
Latviya Azərbaycanla iqtisadi əməkdaşlığın xüsusilə ticarət və investisiyalara yardım üçün irəliləməsini və genişlənməsini arzu edir.Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Latviyanın baş naziri Valdis Dombrovskis bildirib."Biz təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsini səbirsizliklə gözləyirik", - Dombrovskis deyib.Onun sözlərinə görə, hər iki ölkə bu sahədə müzakirələr üçün böyük potensiala malikdir."Biz Avropa İttifaqı və Azərbaycan arasında dialoqu dəstəkləyirik. Aİ vəsaitlərinin köməyi ilə bu sahədə ikitərəfli layihələrin və əməkdaşlığın həyata keçirilməsi üçün xeyli yaxşı imkanlar var", - baş nazir vurğulayıb.Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevin sözlərinə görə, Azərbaycan iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa baxışların dəyişdirilməsi imkanlarına görə şaddır."Biz ölkədə əcnəbilər üçün təqaüd proqramları verən yeganə ali məktəbik", - o deyib.Latviya nümayəndə heyəti ilə müzakirələrin gedişində enerji məsələlərinə də toxunulub.Latviya nümayəndə heyətinin üzvləri vurğulayıblar ki, energetika sahəsində əməkdaşlıq ölkələr arasında müzakirələrin əsas mövzularından biridir.Baş nazir Dombrovskisin sözlərinə görə, Azərbaycan regionda elektrik enerjisi bazarında böyük oyunçudur. O deyib ki, Latviya regiondakı hadisələrdə daha çox iştirak etməkdə maraqlıdır.

OXŞAR XƏBƏRLƏR