Belçikanın baş naziri Elio di Rupo Facebook səhifəsində bəyan edib ki, öləndən sonra daxili orqan donoru olmağa razıdır.
AZXEBER.COM-un RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, çərşənbə axşamından Facebook-da yeni funksiya yaradılıb: indi istifadəsilər öz profillərində öləndən sonra orqanlarını bağışlamaq arzularını ifadə edə bilərlər. “Mən Facebook-da orqan donoru olmaq istəyimi elan edirəm”, - 61 yaşlı baş nazir öz səhifəsində yazıb.
Belçikada Facebook vasitəsilə donorluq arzularını ifadə edənlər Səhiyyə Nazirliyinin saytında müvafiq formanı doldurmağa dəvət edilirlər.