Baş nazir: Pandemiyanın sonuna yaxınlaşdıq

SAĞLAMLIQ
16:24 21.04.2021
923
İspaniya Baş naziri Pedro Sançez sürətli vaksinasiya prosesi sayəsində pandemiyanın sonuna yaxınlaşdıqlarını açıqlayıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, sosial mediada açıqlama yazan Sançez bildirib ki, hədəfləri yayın sonunadək əhalinin 70 faizini peyvənd etməkdir. 

Onu da qeyd ki, İspaniya Səhiyyə Nazirliyinin açıqlamasına görə, 3 milyon 452 min 119 insan vaksinin hər iki dozasını qəbul edib. 

Pandemiyadan bəri virusa yoluxan xəstələrin ümumi sayı isə 3 milyon 435 min 840 nəfərdir.

OXŞAR XƏBƏRLƏR