Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz

Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
DÜNYA
19:10 05.03.2025
309
Qrenlandiya satılmır və onu əldə etmək olmaz.

Qrenlandiyanın baş naziri Mute Egede ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına bu şəkildə cavab verib.

Tramp martın 4-də Konqresdəki çıxışında Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürməkdə maraqlı olduğunu yenidən təsdiqləyib.

"Qrenlandiya bizimdir. Biz nə amerikalı, nə də danimarkalı olmaq istəyirik, biz kalaallitlərik. Amerikalılar və onların lideri bunu başa düşməlidir", - Egede öz "Facebook” səhifəsində yazıb.

O vurğulayıb ki, Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri həll edir.

Tramp Konqresdəki çıxışında əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar "hər nə olursa-olsun Qrenlandiyanı əldə edəcək". O, qrenlandiyalıları zəngin edəcəyinə və adanı "əvvəllər mümkün hesab etmədiyiniz yüksəkliklərə" qaldıracağına söz verib.
 
///Report
OXŞAR XƏBƏRLƏR