Baş nazir Ukraynadan ölkəmizə təxliyə olunan azərbaycanlıların sayını AÇIQLADI

Baş nazir Ukraynadan ölkəmizə təxliyə olunan azərbaycanlıların sayını AÇIQLADI
SOSİAL
12:04 15.03.2022
285
"Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi diqqət mərkəzindədir. Bu gün səhər saat 9-a olan məlumata görə, 9 246 azərbaycanlı Ukraynadan ölkəmizə təxliyə olunub”.

Bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb.

Baş nazir qeyd edib ki, qonşu ölkələrin maliyyə-bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib.

"Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir”, - deyə Əli Əsədov əlavə edib.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR