İqtisadiyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişib. AZXEBER.COM xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri kollegiyanın üzvləri sırasına əlavə edilib.