Baş nazirin müavini: “Əli Kərimli çox böyük səhv edir”

Baş nazirin müavini: “Əli Kərimli çox böyük səhv edir”
SİYASƏT
16:00 15.02.2017
1801
"Təəssüflər olsun ki, bəzi müxalif qüvvələr cıxış edirlər ki, 20 gün bundan qabaq imzalanan fərmana nə üçün dəyişiklik edilməlidir? Əli Kərimli çox böyük səhv edir, onun şüur səviyyəsi elə ora qədərdir".
 
"Report"un Qarabağ bürosunun məlumatına görə, bunu Cəbrayılda jurnalistlərə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin yanvarın 23-də imzaladığı fərman 3-5 günə ortaya çıxmayıb: "Cənab Prezidentin tapşırığına əsasən 4 ay əvvəl "Qaçqınkom" və digər aidiyyatı qurumlar həmin fərman üzərində çalışırdı. 2016-cı ilin dekabr ayında fərmanın ilkin variantı hazır oldu və müzakirələr zamanı bu sual xüsusilə "Qaçqınkom" tərəfindən qoyulmuşdu.
 
Cənab Prezidentin də məlumatı var idi. Bəzi məcburi köçkünləırin yaşadığı yerlərdə təbii qaz yoxdur. Elə yaşayış yerləri də var ki, qaz, su, işıq var amma sayğacların quraşdırılması üçün şərait yoxdur. Harada qaz yoxdursa, təbii ki, orada elektrik enerjisi sərfiyyatı çox olacaq. Lakin biz dekabr ayında konkret rəqəmləri ortaya qoya bilmirdik. Ona görə də Prezident İlham Əliyev 30 gün muddətində yenidən vaxt verdi ki, aidiyyatı qurumlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə monitorinq aparılsın. Qaz olmayan yataqxanalar, pansionatlar, yarımçıq tikililər, qazı, suyu, işığı olan, sayğacların quraşdırılması mümkün olan yerlər müəyyən edildi. Burada söhbət yığcam, yəni 50-100 ailənin birlikdə yaşadığı yerdən gedir. Biz yanvar ayında artıq real sərfiyyatı Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə müəyyənləşdirdik və Prezident İlham Əliyevə məruzə etdik. Yanvar ayının 1-dən qaz, su, elektrik enerjisi olan, sayğac quraşdırmaq mümkün olmayan yerlərdə ödəniş əvvəlki qaydada olacaq".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu