Baş nazirin qızı video yayıb ölkədən qaçdı: "Atam qatildir, neçə insanları öldürüb..."

Baş nazirin qızı video yayıb ölkədən qaçdı: "Atam qatildir, neçə insanları öldürüb..."
DÜNYA
10:25 16.03.2018
7003
Dubay əmiri, Birləşmiş Ərəb Əmirliklərinin vite-prezidenti və baş naziri, dünyanın ən zəngin adamlarından biri Muhammed bin Rəşid əl-Məktumun qızı ölkədən qaçıb.

AZXEBER.COM virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə "The Daily Mail" və "New York Post" yazır. Məlumata görə baş nazirin 33 yaşlı qızı Lətifə öləcəyi və ya başına başqa xoşagəlməz hadisələrin gələcəyi təqdirdə yayılmaq üçün videomüraciət qoyub. Videomüraciətdə o bildirir ki, ölkədən qaçmağı qərara alıb, çünki bu ərəb ölkəsində normal yaşamaq mümkün deyil.

"Mən bu videonu çəkirəm, çünki bu, mənim son videom ola bilər...", - Lətifə bildirir.

Lətifə deyir ki, o zəngin şeyxin 30 övladından biridir. Bildirdiyinə görə, həmin səbəb üzündən böyük bacısı da ölkədən qaçıb: ona avtomobil sürməyi qadağan ediblər və şəxsi həyatını çərçivəyə salıblar.

 

Lətifənin sözlərinə görə o, özü artıq bir dəfə - yeniyetməlik çağında ölkədən qaçmağa cəhd edib və buna görə 3 il həbsxanada keçirməli olub. Habelə bundan əvvəl qardaşı ölkəni tərk edib. O bildirib ki, illərdir atasının işgəncələrinə məruz qalır

"Bizim heç bir azadlığımız yoxdur. Küçəyə çıxmaq qadağam vardı. Saraydan çıxanda nəzarət altında idim və evə müəyyən edilmiş vaxtda qayıtmaq məcburiyyətində idim. Anam məndən məruzə istəyirdi. Əlbəttə ki, sürücüdən haralara getdiyimizi soruşurdu. Sürücü atamın ofisinə də hesabat yollayırdı. Atam həyatımda tanıdığım ən pis insandır...Mənə işgəncə verənlərdən biri "Atan bizə sənə işgəncə verməyimizi əmr etdi" deyib. Bunu əmr edib! Bax, bu, onun özünü verdiyi fotodur. Atam həyatımda gördüyüm ən pis, ən şər insandır. Atamın şəxsiyyəti çirkabdan ibarətdir! Heç bir şeyi ehtiva etmir. Neçə-neçə insanın həyatını məhv etdi. Neçə-neçə insanı qətlə yetirdi! Neçə-neçə insanı soyuqqanlılıqla öldürdü. Atamdan qorxmuram. Hesab verəcək", - şeyxin qızı yaxtada çəkdiyi videolardan birində deyir.

 

Bildirilir ki, Lətifənin ölkədən qaçmasına keçmiş fransız casusu kömək edib. Ehtimal olunurdu ki, Lətifə Hindistanın cənub sahillərində yaxtada gizlənir və ABŞ-dan siyasi sığınacaq istəyəcək. Orada o, vəkillə təmas qurub.

Lakin Hindistan sahillərindən 50 kilometr məsafədə olanda o, Böyük Britaniyada yaşayan hüquqi nümayəndəsi Radha Sterlinqə mesaj göndərib. Lətifə kömək istəyib, bildirib ki, çöldə şübhəli adamlar görüb və atəş səsləri eşidib. Sterlinq ondan xahiş edib ki, atəş səslərini yazsın. Lakin şeyxin qızından cavab gəlməyib. Hazırda onun taleyi məlum deyil.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
07:59 06.03.2025
ABŞ bu şəxslərə qarşı sanksiyalar tətbiq edəcək
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik