İtaliyanın baş naziri Silvio Berluskoni ilə bağlı qalmaqal dünən yenidən alovlanıb.

Onun malikanəsinə əxlaqsız qadınları dəvət edərək orada təşkil etdiyi "erotik ziyafətlər"lə bağlı aparılan istintaq çərçivəsində yeni ifadələr alınıb.AZXEBER.COM xəbər portalı mili.az-a istinadən bildirir ki, 74 yaşlı baş nazirin təşkil etdiyi bu gecə ziyafətlərinə dəfələrlə dəvət almış
Fadilə İmaninin dediyinə görə, həmin əyləncələrdə Berluskoninin sabiq diş həkimi, 25 yaşlı Nikol Minett ilə dəvət edilmiş striptizçi, 25 yaşlı Barbara Faccioli də iştirak ediblər."Baş nazir Arçordakı malikanəsində bizi gecə ziyafətlərində rahibə paltarı geyinməyə vadar etdi. Əynimizdə rahibə paltarı olanda striptiz göstərdik, sonra isə onunla rəqs etdik", - əslən Mərakeşdən olan və ailəsi sonradan İtaliyaya mühacirət etmiş İmani deyib.