"İndiyədək Ukraynadan 16 mindən çox uşaq zorla deportasiya edilib”.
AZXEBER.COM "report"a istinadən xəbər verir ki, bunu Ukraynanın baş prokuroru Andrey Kostin deyib.
Onun sözlərinə görə, rəsmi Kreml ukraynalı uşaqlara Rusiya vətəndaşlığının verilməsi prosedurunu sadələşdirib: "Düşmənin ən dəhşətli cinayətlərindən biri ukraynalı uşaqların Rusiya və Belarusa məcburi deportasiya edilməsidir. Deportasiya olunan 16 mindən çox uşağın 307-si Ukraynaya qaytarılıb”
A.Kostin bildirib ki, ruslar işğal etdikləri Krımda insan haqlarını pozurlar: "Xüsusilə Krım tatarları rusların əməllərindən əziyyət çəkir”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ötən müddət ərzində 38 dəfə əsir mübadiləsi aparılıb və 1863 nəfər Ukraynaya qaytarılıb. Onlardan 1756-sı hərbçi, 107-si mülki şəxsdir.