Baş prokuror Kamran Əliyev kollektivə təqdim edildi

Baş prokuror Kamran Əliyev kollektivə təqdim edildi
SİYASƏT
19:24 01.05.2020
1420
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev və Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov yeni təyin olunmuş Respublikanın Baş prokuroru Kamran Əliyevi prokurorluğun kollektivinə təqdim edib.

Baş Prokurorluğunun Mətbuat xidmətindən AZXEBER.COM-a bildirilib ki, təqdimat zamanı çıxış edən Samir Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına xüsusi diqqət və qayğısı, Kamran Əliyevin prokurorluq orqanlarındakı peşə fəaliyyəti barədə danışmış, Zakir Qaralovun prokurorluq orqanlarına rəhbərlik etdiyi dövrdə görülmüş işləri yüksək qiymətləndirib.

Çıxışda prokurorluq orqanlarının ölkənin hüquq sistemində mühüm yeri qeyd edilməklə dövlət başçısı tərəfindən prokurorluq orqanlarının qarşısına qoyulmuş vəzifələrin icrası ilə bağlı məsləhət və tövsiyələr kollektivin diqqətinə çatdırılıb.

Tədbirdə iştirak edən Fuad Ələsgərov bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmaqla Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla davam etdirilən daxili və xarici siyasət sayəsində ölkəmiz günbəgün inkişaf edir və daha da qüdrətlənir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində respublikanın hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının qorunmasında xüsusi yeri və rolu olan prokurorluq orqanları yüksək standartlara və müasir tələblərə uyğun sivil təsisat kimi formalaşıb.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev göstərilən ali etimada görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirərək qeyd edib ki, ölkə başçısının müdrik rəhbərliyi altında doğma kollektivlə çiyin-çiyinə yüksək etimadı doğrultmaq üçün bütün səylərini səfərbər edəcək, respublikanın digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə dövlətçiliyin, qanunçuluğun və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını təmin etməklə ölkəmizdə sabitliyi pozmaq istəyən qüvvələrə qarşı barışmaz mövqe nümayiş etdirəcəkdir.

Kamran Əliyev əminliyini bildirib ki, vətənpərvərlik və peşəkarlıq irsi prokurorluq əməkdaşları tərəfindən daim uca tutulacaq, xalqa və dövlətə sədaqətlə xidmətin əsas prinsiplərini təşkil edəcəkdir.

Tədbirdə iştirak edən Zakir Qaralov ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərinin prokurorluq orqanlarında daim rəhbər tutulduğunu xüsusi qeyd edərək fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.

Çalışdığı müddət ərzində prokurorluq orqanlarına daim verilən yüksək qiyməti, göstərilmiş etimadı doğrultmağa, bu peşəni şərəflə daşımağa çalışdığını vurğulayan Zakir Qaralov son illər ərzində ölkənin məhkəmə-hüquq sistemində aparılan ciddi islahatların hüquq sistemində prokurorluğun rolunu artırmaqla qarşısına yeni vəzifələr qoyduğunu qeyd etmiş və sonda Kamran Əliyevə xidməti fəaliyyətində yeni-yeni müvəffəqiyyətlər arzulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb