Baş prokuror yeni şöbə rəisi təyin etdi

Baş prokuror yeni şöbə rəisi təyin etdi
SOSİAL
09:49 05.08.2025
255
Hərbi Prokurorluqda yeni təyinat olub.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Eyvaz Nəcməddin oğlu Mustafayev qurumun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Mustafayev buna kimi Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR