Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, baş prokuror Zakir Qaralovun müvafiq əmrilə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin böyük prokuroru Orxan İsayev, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Valeh Səmədov və Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokuroru Günay İsmayılova tutduqları vəzifədən azad olunaraq Baş prokurorun köməkçisi vəzifələrinə təyin ediliblər.