Baş prokurorluqdan pozuntuları aradan qaldırmaq üçün – TƏKLİF

Baş prokurorluqdan pozuntuları aradan qaldırmaq üçün – TƏKLİF
Bütün Xəbərlər
11:50 17.01.2014
1072
2013-cü ildə Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. K. Əliyev qeyd edib ki, əhalinin sosial müdafiəsi, səhiyyə, nəqliyyat və digər sahələrdə aşkar edilmiş pozuntuların aradan qaldırılması ilə əlaqədar təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim edilib.

Həmçinin bir sıra hallarda vəzifəli şəxslər tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərinin pozularaq cinayət xarakteri daşımayan pozuntulara yol verildiyi müəyyənləşdirildiyindən həmin şəxslər barəsində “Prokurorluq haqqında” qanuna müvafiq olaraq aidiyyəti üzrə təqdimatlar verilib.

OXŞAR XƏBƏRLƏR