Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ

Baş Prokurorluqdan vətəndaşlara XƏBƏRDARLIQ
SOSİAL
15:02 02.07.2021
496
Baş Prokurorluq yanğın təhlükəsizliyi ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Qurumun Mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan xəbərdarlıqda deyilir:

"Son zamanlar ölkə ərazisində yanğın hadisələrinin sayı artıb. Ağaclıq və taxıl sahələrində, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi baş vermiş hadisələrə əsas səbəblərdəndir. Xəbərdarlıq! bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!"
OXŞAR XƏBƏRLƏR