BAKU AZƏRBAYCAN
9°C
euro 1.8398
dollar 1.7000
rubl 0.0224
lirə 0.2510

Baş prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edildi

Baş prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin edildi
SOSİAL
13:12 13.06.2019
2000
Baş Prokurorluğun Mətbuat xidmətinə yeni prokuror təyin olunub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Müvafiq əmrlə Əbdülsəməd Rəhbər oğlu Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.

Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə Rayon Prokurorluğu, daha sonra Gəncə Şəhər Prokurorluğunun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.

Xatırladaq ki, Baş prokurorun bir müddət əvvəl imzaladığı əmrlə Kənan Zeynalov Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru vəzifəsindən azad edilərək xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.

OXŞAR XƏBƏRLƏR