Baş prokurorun birinci müavini partlayışın baş verdiyi əraziyə gəldi

Baş prokurorun birinci müavini partlayışın baş verdiyi əraziyə gəldi
SOSİAL
05:24 03.04.2022
768

Bakıda partlayışın baş verdiyi əraziyə baş prokurorun birinci müavini Elçin Məmmədov gəlib.

Bu barədə Report-un hadisə yerində olan əməkdaşı xəbər verir.

Qeyd edək ki, hadisə Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda qeydə alınıb. İlkin məlumata görə, partlayış zamanı 1 nəfər ölüb, daha 24 nəfər xəsarət alıb.

Partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım briqadaları cəlb edilib.

OXŞAR XƏBƏRLƏR