Baş redaktor “Mediada smartfon dövrü” mövzusunda təlim keçdi - FOTOLAR

Baş redaktor “Mediada smartfon dövrü” mövzusunda təlim keçdi - FOTOLAR
MEDİA
14:17 16.05.2022
363
Peşəkar Futbol Liqası saytının baş redaktoru Müzəffər Müzəffərli Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının İdman tibbi və menecmenti fakültəsinin SABAH qrupları tələbələrinə təlim keçib.

AZXEBER.COM xəbər verir ki, "Mediada smartfon dövrü” mövzusunda təqdim olunan təlimdə Müzəffər Müzəffərli tələbələrə informasiya mübadiləsinin sürətlənməsi, bloggerliyin daha kütləvi hal alması, Real Time Marketinq və operativliyin əhəmiyyəti, məşhurlarla kommunikasiyanın əlçatanlığı ilə bağlı spesifik məqamlara toxunub, praktik çalışmalar tətbiq edib.

Media və ictimaiyyətlə əlaqələr fənni çərçivəsində keçirilən təlim maraqlı simulyasiya və müzakirələrlə başa çatıb.

 

 

 

 


OXŞAR XƏBƏRLƏR