"Baş verənlərə göz yumanları lənətləyirəm" - Deputat

"Baş verənlərə göz yumanları lənətləyirəm" - Deputat
SOSİAL
15:09 27.01.2023
304
Baş verən bu terror hadisəsində İran rəsmilərinin böyük məsuliyyəti var"

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
 
O, bildrib ki, İslam dəyərlərinin daşıyıcısı olan qonşu ölkədə belə bir terror hadisəsi olmamalıdır:

"Baş verən hadisəni ən ağır cinayət kimi lənətləyirəm. Şəhid olan səfirlik əməkdaşına Allahdan rəhmət diləyirəm. İslam dəyərlərinin daşıyıcısı olan qonşu ölkədə belə bir terror heç vaxt olmamalıdır. Xüsusilə din qardaşlarına qarşı baş verməli deyildi. Onlar bizi göz bəbəkləri kimi qorumalı idilər".

İranda erməni diasporasının fəaliyyətindən danışan millət vəkili bunları deyib:

"İran erməni diasporalarının ən güclü olduğu ölkələrdən biridir. Biz erməni diasporasına ən çox Fransada, Rusiyada və Amerikada fokuslanırıq. Ancaq açıq deməliyik ki, ən güclü erməni diasporası məhz İrandadır. Sözsüz ki, baş vermiş bu terror İrandakı erməni diaporu və ermənipərəst İran rejiminin  torətdiyi cinayətdir. Rəsmi İranın Erməni sevgisi dünyaya bəllidir. İranda erməni televiyası, radiosu, məktəbi və universiteti olmaz. İranda 30 milyon azərbaycanlı var ki, onların nə məktəbi, nə universiteti yoxdur. 

"Bir müddət öncə Azərbaycanın başqa ölkələrdəki səfirliyinə də hücum olmuşdu. Baş verən hadisədə dünya ermənilərinə dəstək verən ölkələrin də məsuliyyəti var. Bir daha baş verən hadisəni lənətləyir, hadisəni törədəni isə Allah qəhr etsin deyirəm. Bu cinayətə dəstək olub, baş verənlərə göz yumanları da lənətləyirəm. Düşünürəm ki, rəsmi İran onlar cinayəti törədənlər qədər məsuliyyət daşıyır. Diplomatik binaya hücum çox ciddi məsələdir. Bununla bağlı beynəlxalq konvensiya var, beynəlxlq hüquqa görə bu çox ciddi hadisədir. Cinayətin baş verməsində rəsmi İranın çox ciddi məsuliyyəti var və cinayətkarla bu məsuliyyəti bərabər paylaşırlar".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR