Başı ləçəkli Samiraldo - FOTOLAR

MAQAZİN
12:34 03.06.2014
2987
Əndrabadi geyim tərzi ilə hər dəfə insanlarda çaşqınlıq yaradan Azərbaycanın tanınmış stilisti Samiraldo bu dəfə də edəcəyini etdi.
ANS PRESS-in məlumatına görə, ölkənin ən məşhur və ən ekstravaqant stilisti başına ləçək bağlayıb.
Son günlər qısa sapsapı saçları ilə görünən stilist, süni yolla saçlarını uzadıb, üstündən də ləçək bağlayıb. O, yeni görkəmini əks etdirən fotolar və videları sosial şəbəkədə paylaşıb.
Qeyd edək ki, Samiraldo ANS-də yayımlanan "Göyçək Fatimə" serialında Moda Evinin rəhbəri obrazında çəkilir. Serial ikinci mövsümün çəkilişlərinə başlayıb.
OXŞAR XƏBƏRLƏR