Başından güllə yarası alan şəxs 8 ay sonra öldü

Başından güllə yarası alan şəxs 8 ay sonra öldü
DÜNYA
14:26 28.02.2025
268
Borcunu ödəmədiyi üçün başından güllə ilə vurulan şəxs 8 ay sonra müalicə aldığı xəstəxanada həyatını itirib.
 
AZXEBER.COM  Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
 
Hadisə ötən il iyunun 26-da baş verib.
 
Belə ki, düşməni Evren Akbaba (32 yaş) tərəfindən borcunu ödəmədiyi ittihamı ilə evinin qarşısında yük maşınına minərkən başından bir güllə ilə vurulan Caner Yaşa (30 yaş) adlı şəxs 8 aydır müalicə aldığı xəstəxanada dünən dünyasını dəyişib.
 
Hadisə baş verən gün hadisə şahidləri polisə xəbər verdikdən sonra, polis və təcili yardım qrupları hadisə yerinə gəliblər. 
 
Ağır yaralandığı müəyyən edilən Caner Yaşa müalicə üçün reanimasiyaya yerləşdirilib.
 
Şübhəli şəxs qismində tutulan Akbaş ilə nəzarətə götürülüb.
 
Oksana
OXŞAR XƏBƏRLƏR