Başının yarısını itirdi, 58 milyon dollar qazandı - FOTOLAR

MARAQLI
11:50 05.07.2013
4938

Başının 25 faizini itirən kişi məhkəmə davasını udub

ABŞ-da kəllə sümüyünün 1/4 hissəsi olmayan kişi yaşayır. Lopez Çaj barlardan birində baş verən dava zamanı xəsarət alıb. O, bar işçiləri arasındakı davanı sakitləşdirmək istəyib. Lakin mühafizəçilər onu dəyənəklə döyərək, başını bir necə dəfə səkiyə vurublar. Nəticədə ağır vəziyyətdə xəstəxanaya düşən kişi baş sümüyünün 25 faizini itirib.

Uzun müddət xəstəxanada qalan, dəfələrlə əməliyyat olunan, lakin sağlamlığı bərpa edilməyən Lopez xəstəxanadan çıxan kimi məhkəməyə müraciət edib. Məhkəmə bar və mühafizə şirkətinin ona 58 milyon dollar təzminat ödəməsi haqqında qərar çıxarıb.

OXŞAR XƏBƏRLƏR