"Başqa kişi ilə danışanda tutmuşam" - Fermadan asılmış meyiti tapılan Münəvvərdən xəbər var

"Başqa kişi ilə danışanda tutmuşam" - Fermadan asılmış meyiti tapılan Münəvvərdən xəbər var
SOSİAL
17:13 25.01.2022
437
Göyçayda fermada asılmış vəziyyətdə aşkar edilmiş 29 yaşlı Münəvvər Məmmədovanın valideynləri onun qəsdən öldürüldüyü iddia edir.

Mərhumun atası Şamil Novruzov APA-ya açıqlamasında bildirib ki, hadisə bu il yanvarın 6-da səhər saatlarında baş verib. Qızının qayınanası Nurbahar Məmmədova onlara zəng edərək, Münəvvərin böyrək çatışmazlığından vəfat etdiyini deyib: "Mən ailəmlə Bakıda yaşayıram. Yanvarın 6-da günorta qızımın qayınanası mənə zəng edərək Münəvvərin vəfat etdiyini dedi. Axşam saat 10-da onların yaşadığı İsmayıllı rayonu Kürd Eldarbəyli kəndinə çatdım. Mən ora çatanda qızımı tələsik dəfn etməyə hazırlaşırdılar. Dedilər, qəbir də qazılıb, hər şey hazırdır. Mən müdaxilə edəndə kənd camaatı üstümə gəldi ki, mane olmayım. Sonra kəndin həkimi Ağasəlim gəldi, dedi ki, bu kəndin ekspertizasına o baxır, qızım yatıb oyanmayıb. Mən yenə israr etdim ki, sən buna əminsənmi? Yüz faiz əmin olduğunu söylədi. Yenə də mən qızımı dəfn etməyə imkan vermədim. Daxili İşlər Nazirliyinin "Qaynar xətti"nə zəng edib məlumat verdim. Qızımın qayınanası Nurbahar mənə yalvardı ki, zəng elə, polisi geri qaytar. Polislər gələndən sonra qızımın əri Sahil Məmmədovu saxladılar. Sahildən sonra Göyçaydakı fermada qalan 5 yaşlı qızını da gətirib ifadəsini aldılar. Qızımın nəşini isə İsmayıllı rayonunun morquna apardılar".

Şamil Novruzovun sözlərinə görə, ekspertizadan sonra qızının özünü asaraq intihar etdiyi bildirilib: "Ekspertiza zamanı həkimlərdən biri isə qardaşıma deyib ki, bu qızı asıb öldürüblər. Meyiti gətirib Bakıda dəfn etdim. Mənə deyirlər ki, qızım intihar edib. Lakin mən bilirəm ki, qızım heç vaxt intihar etməz. Onun üç azyaşlı övladı var. Bundan başqa, asılan adamda ip dairəvi bağlanır, boğazda qalır, bunda isə ip boğazından alnına kimi gedib".

Şamil Novruzov qızına evlilik müddətində ailə üzvləri tərəfindən işgəncə verildiyini iddia edir: "Münəvvər o fermada əzab çəkib. Qaynı Habil Məmmədov hadisədən bir neçə gün əvvəl qızımı boğub, sonra da döyüb, pəncərədən atmışdı. Qızıma bizimlə telefonla danışmağa da icazə vermirdilər. Hər dəfə fürsət düşəndə, deyirdim, qayıt gəl evə, deyirdi ki, üç uşağı var, necə gəlsin?"

Münəvvər Novruzovanın anası Zeynəb Novruzova da ərinin dediklərini təsdiq edərək qızının öldürüldüyünü iddia edir.

Münəvvər Məmmədovanın ölüm səbəbi ilə bağlı yanlış rəy verdiyi iddia olunan Kürd Eldarbəyli kənd tibb məntəqəsinin baş həkimi Ağasəlim Ağayev APA-ya bildirib ki, ümumiyyətlə, mərhumu müayinə etməyib, yatıb, oyanmamasını isə ailə üzlərinin söylədiklərinə əsasən deyib: "Məndən kənd icra nümayəndəsi də, müstəntiq də soruşdu. Onlara da dedim ki, ölüm səbəbi ilə bağlı ilkin rəyi Münəvvər Məmmədovanın ailə üzlərinin dediklərinə istinadən vermişəm".

APA-nın əməkdaşı Münəvvər Məmmədovanın həyat yoldaşı ilə də danışıb. M. Məmmədovanın həyat yoldaşı Sahil Məmmədov hadisə ilə bağlı həm özü, həm də anasının prokurorluqda ifadə verdiklərini bildirib. S.Məmmədov həyat yoldaşının başqa biri ilə münasibətlərinin olduğunu da iddia edib: "Minəni başqa adamla danışanda tutmuşam, mesajları da durur. Ölüm səbəbini gizlətməyimə gəlincə, bunun cavabını prokurorluqda vermişəm".
 
Araşdırma zamanı diqqət çəkən bir məqama - hadisə ilə bağlı Kürd Eldarbəyli kənd tibb məntəqəsinin baş həkimi Ağasəlim Ağayevin səhv rəy verməsinin təsdiqini tapmasına gəlincə, qanunvericiliyə əsasən, tibb məntəqəsinin həkimi hər hansı şəxsin ölüm səbəbi ilə bağlı rəy verə bilməz, bu, birbaşa Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin səlahiyyətindədir.

Tanınmış cərrah, professor Adil Qeybulla da APA-ya açıqlamasında bildirib ki, qanunvericiliyin bu tələblərini pozaraq yanlış rəy vermiş həkim məsuliyyətə cəlb oluna bilər.

Faktla bağlı Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Göyçay rayon prokurorluğunda tam və hərtərəfli araşdırma aparılır. Nəticəsindən asılı olaraq hüquqi qiymətin verilməsi təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı