"İnter”in müdafiəçisi Alessandro Bastoni Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona”ya qarşı keçirəcəkləri matçdan öncə Lamin Yamal haqqında danışıb.
AZXEBER.COM xəbər verir ki, italiyalı futbolçu açıqlamasında bildirib ki, 17 yaşlı ispaniyalı cinah oyunçusunun qarşısını almaq heç də asan olmayacaq:
"Düzü, onu necə dayandıracağımı bilmirəm. Avropa çempionatında da işlər bizim üçün yaxşı getməmişdi (gülür). "Barselona”nın dəqiq oyun üslubu var. Bəzən boşluqlar buraxa bilərlər, amma onlara qarşı komanda şəklində müdafiə olunmalıyıq”.
Qeyd edək ki, "Barselona” ilə "İnter” arasında ilk yarımfinal oyunu aprelin 30-da İspaniyada, cavab matçı isə mayın 6-da Milanda keçiriləcək.
Zəfər