Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabından batan yük gəmisi ilə bağlı açıqlama verib.
AZXEBER.COM xəbər verir ki, Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb. Hadisənin baş verdiyi Bursa vilayətinin valisi Mahmud Demirtaş onların axtarışına başlanıldığını bildirib.
Xəbərdarlığı alan qruplar sürətlə hərəkətə keçərək gəmidəki heyəti xilas etmək üçün işə başlayıb.
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yeni açıqlama verib:
"Bölgədə başladılan axtarış-xilasetmə işləri davam edir. Dərhal hadisə yerinə 2 Sahil Mühafizə Gəmisi və 2 Sahil Mühafizə Botu sövq edilib və Sahil Təhlükəsizliyi Baş İdarəsi tərəfindən eyni vaxtda 2 əlavə gəmi bölgəyə təyin edilib”.
Gülay