Batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas olunub.
Bu barədə AZXEBER.COM-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Mərdəkan”, "Buzovna”, "Şüvəlan”, "Dübəndi”, "Şirvan”, "Astara”, "Yevlax” və "Mingəçevir” sularda xilasetmə məntəqələrinin ərazisində və 2 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 11 nəfər xilas edilib.