"Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun sosial şəbəkə izləyicilərinin sayı klubla müqavilə imzaladığı vaxtdan bu günədək 100 mindən 1.1 milyona yüksəlib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, futbolçunun izləyici sayında ciddi artım qeydə alınıb.
Noyabrın 3-də Batrakov UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turu çərçivəsində "Ştuttqart" komandası ilə matçda dubla imza atıb. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. UEFA rusiyalı futbolçunu matçın ən yaxşı oyunçusu seçib.
Qeyd edək ki, Aleksey Batrakov yay transfer pəncərəsində "Lokomotiv Moskva"dan "Qalatasaray"a keçib. O, "Qalatasaray"ın heyətində bütün turnirlərdə keçirdiyi 12 oyunda beş qol vurub və üç məhsuldar ötürmə verib.











































