Batumi limanına Rusiya gəmisi daxil olub, Acarıstan hökuməti izahat verib

Batumi limanına Rusiya gəmisi daxil olub, Acarıstan hökuməti izahat verib
DÜNYA
15:54 07.03.2022
355
Rusiya bayrağı altında üzən "Leonid Pestrikov” gəmisi Gürcüstanın Batumi limanına daxil olub.
 
Bu barədə yerli mətbuat yazıb.

Acarıstan Muxtar Respublikasının hökumət başçısı Tornike Rijvadze məsələyə münasibət bildirib. O, gəminin hər hansı bir qanunu pozmadığını deyib: "Gəmidəki yük Gürcüstan üçün nəzərdə tutulub. Yük Gürcüstana Türkiyədən çatdırılıb”.

T.Rijvadze qeyd edib ki, Rusiya yük daşıyıcılarının Avropa ölkələrinin sərhədlərinə buraxılmaması barədə yayılan informasiyalar həqiqətə uyğun deyil.
 
///Report
OXŞAR XƏBƏRLƏR