Batumidə binanın çökməsi nəticəsində ana və iki azyaşlı uşağı öldü

Batumidə binanın çökməsi nəticəsində ana və iki azyaşlı uşağı öldü
DÜNYA
13:07 09.10.2021
359
Batumidə binanın çökməsi nəticəsində ölənlərin 3-ü bir ailənin üzvüdür.

Onlar ana və onun 2 azyaşlı övladıdır.

Dağıntılar altından ötən gecə çıxarılan 35 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Çox ağır xəsarətlər alan qadının ürəyi 5 dəfə dayanıb. Onun azyaşlı qızı və oğlunun meyitləri bu gün səhər saatlarında dağıntılar arasında aşkarlanıb.

Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 6 nəfər ölüb. Üç nəfərin axtarışları davam etdirilir.
 
 
///Report
OXŞAR XƏBƏRLƏR