"Bavariya” 17 yaşlı türkiyəli futbolçu ilə maraqlanır

İDMAN
18:34 16.10.2022
272
Almaniya "Bavariya”sı Türkiyənin "Fənərbağça” klubunda çıxış edən Arda Gülerlə maraqlanır.

AZXEBER.COM Oxu.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi 17 yaşlı istedadlı yarımmüdafiəçinin oyununu yaxından izləyir.

"Bavariya” İstanbul klubunun oktyabrın 17-də səfərdə "Ankaragücü”nə qarşı keçirəcəyi Türkiyə Super Liqasının X tur matçına nümayəndəsini göndərəcək.

Qeyd edək ki, Arda Güler "Fənərbağça”nın əsas komandasında indiyədək 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla sözləşməsi 2025-ci ildə başa çatmalıdır.
OXŞAR XƏBƏRLƏR