"Bavariya" Avstriya millisinin futbolçusunu transfer edib

İDMAN
18:29 09.06.2023
253
Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb.

AZXEBER.COM Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ölkə çempionu son olaraq "Leyptsiq”də çıxış edən Konrad Laymeri heyətinə qatıb.

26 yaşlı avstriyalı yarımmüdafiəçi ilə dörd illik müqavilə imzalanıb.

Qeyd edək ki, Konrad Laymer Avstriya millisinin də üzvüdür.
OXŞAR XƏBƏRLƏR