Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb.
Portuqaliyalı müdafiəçi Rafael Gerreyru ilə müqavilə imzalanıb.
30 yaşlı oyunçunun sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.
Qeyd edək ki, Rafael Gerreyru 2016-cı ildən Dortmund "Borussiya"sında çıxış edib. O, ötən mövsüm 36 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu Portuqaliya millisinin də üzvüdür.