"Bavariya" "Borussiya"dan ayrılan futbolçu ilə müqavilə imzaladı

İDMAN
20:09 23.06.2023
243
Almaniyanın "Bavariya" klubu yeni transferini açıqlayıb.

Portuqaliyalı müdafiəçi Rafael Gerreyru ilə müqavilə imzalanıb.

30 yaşlı oyunçunun sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Rafael Gerreyru 2016-cı ildən Dortmund "Borussiya"sında çıxış edib. O, ötən mövsüm 36 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli oyunçu Portuqaliya millisinin də üzvüdür.
OXŞAR XƏBƏRLƏR