Futbol üzrə Almaniya kubokunda ilk yarımfinal görüşü keçirilib.
AZXEBER.COM-un məlumatına görə, bundesliqada çempionluğu sona 6 tur qalmış təmin edən münhenlilər “Volfsburq”la üz-üzə gəlib.
Oyunu yüksək səviyyədə keçirən “Bayern” rəqibinə şans verməyib. Mandzukiç, Robben və Şaqirinin qollarından sonra oyunun taleyi həll olunub. Oyuna sonradan daxil olan Mario Qomez isə 5 dəqiqəyə het-trik edib. “Volfsburq”un yeganə qoluna Dieqo imza atıb.
Beləliklə, “Bavariya” ölkə kubokunun finalına yüksəlib. Haynkesin yetirmələrinin rəqibi bu gün “Ştutqart” – “Frayburq” qarşılaşmasından sonra bilinəcək.