Almaniyanın "Bavariya” klubu futbolçusu Sadio Maneni rekord məbləğdə cərimələyib.
Buna səbəb seneqallı hücumçunun komanda yoldaşı Leroy Saneni vurmasıdır.
Çempionlar Liqasının 1/4 final mərhələsində İngiltərə təmsilçisi "Mançester Siti”yə 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra paltardəyişmə otağında Saneni yumruqla vurduğu üçün heyətdən uzaqlaşdırılan 31 yaşlı forvard, eyni zamanda, 500 min avroluq cərimələyə məruz qalıb. Bu, klub tarixinin ən yüksək cərimə məbləğidir.
Qeyd edək ki, ötən ilin yayında İngiltərə klubu "Liverpul”dan 32 milyon avroya transfer edilən Sadio Mane bu mövsüm 11 qol, 5 assistlə yadda qalıb.
///Report