Almaniya Bundesliqasının 32-ci turunda "Bavariya" (Münhen) "RB Leypziq"in qonağı olub.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, dramatik oyun 3:3 hesabı ilə başa çatıb.
"Bavariya" qalib gələcəyi təqdirdə çempionluğu turnirin bitməsinə iki tur qalmış rəsmiləşdirəcəkdi.
Bu nəticədən sonra "Bavariya" xallarının sayını 76-ya çatdırıb. İkinci pillədə qərarlaşan "Bayer Leverkuzen"in 31 oyundan sonra 67 xalı var.