xari

"Bavariya" və daha iki klub Superliqada iştirak edə bilər

İDMAN
09:39 19.04.2021
191
Avropanın nəhəng klubları tərəfindən yaradılan Superliqada iştirak edə biləcək daha 3 komandanın adına aydınlıq gəlib.

AZXEBER.COM xəbər verir ki, bu barədə məşhur jurnalist Nikola Skira özünün tvitter səhifəsində yazıb.

O bildirib ki, Almaniyanın "Bavariya", "Leyptsiq" və Portuqaliyanın "Portu" klubu Superliqaya qoşula bilər.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Mançester Yunayted”, "Mançester Siti”, "Tottenhem”, "Liverpul”, "Çelsi”, "Arsenal”, İspaniyanın "Barselona”, "Atletiko” (Madrid), "Real Madrid”, İtaliyanın "Milan”, "İnter” və "Yuventus” klubları turnirdə iştirakını təsdiqləyib.

"Real Madrid"in prezidenti Florentino Peres Superliqanın sədri olub. Yarışda iştirak edəcək hər bir kluba 350 milyon avro ödəniləcək. UEFA və FIFA bu turnirin əleyhinə çıxıb.

OXŞAR XƏBƏRLƏR