"Bavariya" yayda türkiyəli futbolçunu heyətinə qatmağa çalışacaq

İDMAN
19:23 25.02.2025
312
Almaniyanın "Bavariya" klubu yay transfer dönəmində İspaniya təmsilçisi "Real"da çıxış edən Arda Güləri heyətinə qatmağa çalışacaq.

Münhen təmsilçisi 20 yaşlı oyunçunu yarımmüdafiə üçün əsas prioritet hesab edir.

Türkiyə millisinin üzvü Madrid klubunda az forma şansı əldə etdiyi üçün narazıdır. Paytaxt təmsilçisi uyğun təklif olacağı halda, onun satılacağını istisna etmir. "Real"ın istedadlı futbolçunu təxminən 50 milyon avroya buraxmağa hazır olacağı gözlənilir.

Qeyd edək ki, Arda Gülər cari mövsüm İspaniya nəhənginin heyətində meydanda olduğu 967 dəqiqə ərzində 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///report
OXŞAR XƏBƏRLƏR