"Bavariya"da ciddi itki

"Bavariya"da ciddi itki
İDMAN
19:29 26.12.2019
3657

Münhen klubu "Bavariya" ciddi itki ilə üzləşib.

AZXEBER.COM trend-ə istinadən bildirir ki, klubun aparıcı oyunçularından biri - Xavi Martines Bundesliqanın 17-ci turunda "Volfsburq"la matçda (2:0) ciddi zədə alıb. Təcrübəli dayaq yarımmüdafiəçisinin ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacağı məlum olub.

Qeyd edək ki, Martines komandasının qış fasiləsi dönəmində Dohada təşkil olunacaq hazırlıq prosesində də iştirak edə bilməyəcək.

OXŞAR XƏBƏRLƏR