'Bavariya'dan 'Borussiya Dortmund'a daha bir zərbə

İDMAN
14:11 23.04.2013
1253

Bu mövsüm bundesliqada bütün rekordları alt-üst edən “Bayern Münhen” artıq transfer növbəti mövsüm üçün heyətini gücləndirməyə başlayıb.

AZXEBER.COM-un məlumatına görə, Münhen klubu Almaniyadakı əsas rəqibi Dortmund “Borussiya”sının ulduzu Mario Götzenin transferini həll edib.

Məlumatı “Borussiya”nın mətbuat xidməti də təsdiqləyib. 20 yaşlı futbolçuya görə “Bavariya”nın 37 milyon avro ödəyəcəyi bildirilir. Almaniya millisinin də üzvü olan Götze yeni komandasında ilə 7 milyon avro qazanacaq. Xatırladaq ki, onun Dortmund klubundakı məvacibi 5 milyon avro idi.

OXŞAR XƏBƏRLƏR