"Bavariya"nın futbolçuları uzun müddətə sıradan çıxıb

"Bavariya"nın futbolçuları uzun müddətə sıradan çıxıb
İDMAN
14:08 26.03.2025
539
Almaniyanın "Bavariya" klubunun futbolçuları Alfonso Deyvis və Dayot Uamekano uzun müddətə sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kanada millisinin üzvü olan A.Deyvisin çarpaz bağlarının qopduğu və əməliyyat olunacağı bildirilib. Bu səbəbdən 24 yaşlı yarımmüdafiəçi cari mövsümün qalan hissəsində meydana çıxmayacaq.

D.Upamekanonun isə sol diz oynağında zədə aşkarlanıb. Fransalı müdafiəçi bir neçə həftə oynamayacaq.

Qeyd edək ki, A.Deyvis Kanadanın ABŞ-yə 2:1 hesabı ilə qalib gəldiyi matçda zədələnib. D.Upamekano isə Fransa millisinin heyətində olarkən sıradan çıxıb.
 
///report
OXŞAR XƏBƏRLƏR