"Mahnısının mətnlərində yüngüllük, rahatlıq olan müğənilər daha tez populyar olur".
AZXEBER.COM xəbər verir ki, bunu müğənni Vaqif Şıxəliyev deyib.
"Günə bax" verilişində qonaq olan sənətçi sərt tənqidləri ilə həmkarlarına səslənib:
"Mən çox fikir vermişəm, bunu peşəkarlar da bilir ki, mahnının sözlərində yüngüllük, rahatlıq olanda o daha tez tutur. Elə mahnılar gündəmdədir ki, orada ancaq eyni sözlər təkrarlanır, düşündürücü olmur, məntiqli söz olmur. Musiqiləri də plagiat olur. Ya özbək, ya fars... Eyni zamanda da bayağı aranjeman edilir. Bu bayağı mahnılarını bir çoxunun sözlərini də meyxanaçılar yazır. Çünki gündəlik istifadə olunan, rahat sözlər lazımdır. Ora Fizulidən, Nəsimidən söz qoysan, dinləyici onu qavramayacaq.
Toyda xalq mahnıları oxuyanda etiraz edirlər ki, "Naftalindən qalma mahnı oxumayın". O anlamır ki, bizim öz musiqilərimiz necə gözəldir. Ona necə "Naftalin" demək olar? Elə bir mahnı sifariş edir ki, özü də deyir ki, bu trenddədir. İndi aparıcılar da oxumağa keçiblər. Baxırsan ki, milyonla baxışı var. Onlar oxuya bilmirlər. Tamaşaçı da nə eşidir, elə bilir doğrudur. Eyni efirə peşəkarı da çağırırlar, sənəti olmayanı da. İndi tamaşaçını aldatmaq çox asandır".
Aysel