"Bayağı mahnılar bizi soysuz, köksüz kimi göstərir"

"Bayağı mahnılar bizi soysuz, köksüz kimi göstərir"
MAQAZİN
10:27 23.02.2026
227
"Bayağı mahnılar bizi soysuz, köksüz kimi göstərir".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri "Mədəni şou" verilişində qonaq olan Əməkdar artist Lalə Məmmədova deyib.
 
Əməkdar artist bildirib ki, bayağı ifalar bütün dövrlərdə olub və bu gün onların bu qədər yayılmasına səbəb sosial şəbəkələrdir:
 
"Bayağı mahnılar bütün dövrlərdə olub. Xalq mahnılarının bu günə qədər gəlib çatanları belə süzgəcdən keçib, ələnib. Onları adi insanlar yazıb. Mənə toxunan məqam odur ki, belə hallar bizi soysuz, köksüz kimi göstərir. Bir var həqiqətən də elə olasan, tarixin, incəsənətin, mətbəxin olmaya, bir də var ki, bizim "Dədə Qorqud"umuz, zəngin ədəbiyyatımız tariximiz, muğamımız, bir soy kökümüz var. Amma bu gün olan bayağı ifalar bizi belə təqdim edir.
 
Dünyanın o başında oturan insan milyon baxışları olan o bayağı ifalara baxıb, düşünəcək ki, bizim mədəniyyətimiz elə budur. Məsələ burasındadır ki, indiyə kimi bu cür ifalara şərait yaradan, qucaq açan belə meydan olmamışdı. O meydan da internet, sosial şəbəkələrdir. Bayağı ifaların bu qədər geniş vüsət almağının yeganə səbəbi budur".
 
Aysel
OXŞAR XƏBƏRLƏR