Xalq artisti Səkinə İsmayılova "Həftənin qonağı" layihəsindəki çıxışı ilə diqqət çəkib.
AZXEBER.COM xəbər verir ki, sənətkar bayağı musiqilərdən söz açıb.
O, bildirib ki, belə mahnılara maraq və rəğbət ailədən gəlir:
"İnsan hansı ailə mühitində böyüyürsə, musiqiyə olan yanaşması da elə həmin mühitlə formalaşır. Elə ailə məclisində olmuşam ki, o ifalar dinlənilib. Mən bunu onlara qadağan edə bilmərəm. Mən televiziyada belə onları dinləmirəm, baxdığım öz verilişlərim var. Hər verilişi də izləmirəm. Mən də o ifalarla rastlaşıram, amma nə məcburdur ki, mən onu dinləyim? Onları nə dinləyə, nə də oxuya bilərəm. Qulaqlarıma heyfim gələr.
Mən milli estradamıza qulaq asıram. Təbliğatdan çox şey asılıdır. O ifaları dinləyən insanların ailələrinə baxmaq lazımdır, anlamaq lazımdır ki, hansı mühitdən çıxıblar. Çünki hər şey ailədən başlayır".
Aysel