"İncəsənətimiz o qədər zəngindir ki, onun yaxşı tərəfi ilə maraqlanmaq lazımdır".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Xalq artisti Eyyub Yaqubov deyib.
Sənətkar gənc nəsilə tövsiyələrini verib:
"İncəsənətimiz o qədər zəngin, maraqlı və dərindir ki, onun yalnız yaxşı tərəfi ilə maraqlanmaq lazımdır. Həqiqi musiqi ilə məşqul olmaq, təhsil almaq vacib məsələdir. Görkəmli bəstəkarların əsərlərini dinləmək, onlardan bəhrələnmək lazımdır. Bayağılığa qaçmaq olmaz".
Aysel Hacızadə










































