“Bayağını paylaşmamalıyıq”

“Bayağını paylaşmamalıyıq”
MAQAZİN
19:46 13.03.2026
204
Xalq artisti Tünzalə Ağayeva ARB TV-də yayımlanan "Sən olsaydın” verilişinin qonağı olub.

AZXEBER.COMxəbər verir ki, pop ulduz söhbət əsnasında mariflənmə mövzusuna toxunub.
 
Sənətçi bildirib ki, cəmiyyət yaxşı işləri dəstəkləməlidir:

"Ağıllı, gözəl, Azərbaycan dilini, ədəbiyyatını qoruyan, bizi biz edən və utandırmayan bütün işlərə dəstək olmalıyıq. Yaxşı filmlər, seriallar, verilişlər, əsərlər, operalar, baletlər olmalıdır. Heç olmasa həftədə, ayda bir dəfə valideyn deməlidir ki, uşağımı teatra, kitabxanaya aparıram. Biz şikayət edə bilmərik ki, bizim cəmiyyət maarif həyatı yaşamır. Yaşayır, sadəcə internetdə baş verənlərin iştirakçısı olmamalıyıq. Bayağını paylaşmamalıyıq”.
OXŞAR XƏBƏRLƏR