ABŞ Prezidenti Co Bayden İsraildə ən azı 11 ABŞ vətəndaşının həyatını itirdiyini açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Bayden bəzi vətəndaşlarının itkin düşdüyünü də bildirib.
Bayden bu şəxslərin harada olduğu barədə məlumat almaq üçün İsrail rəsmiləri ilə birlikdə çalışdıqlarını bildirib.
O, ABŞ vətəndaşlarının ölkə daxilində və xaricdə təhlükəsizliyinin onun prioritetləri arasında olduğunu vurğulayıb:
"Hələ təsdiq etməyə çalışsaq da, HƏMAS tərəfindən girov götürülənlər arasında ABŞ vətəndaşlarının ola biləcəyinə inanırıq".
Ayşən