Bayden: "ABŞ-da peyvənd sayəsində 100 mindən çox insanın həyatı xilas edilib"

Bayden: "ABŞ-da peyvənd sayəsində 100 mindən çox insanın həyatı xilas edilib"
DÜNYA
23:26 23.08.2021
1022
ABŞ-da vaksinasiya 100 mindən çox insanın həyatını xilas edib və 450 mindən çox xəstəxanaya yerləşdirilməsinin qarşısını alıb.

AZXEBER.COM-un məlumatına görə, bunu ABŞ Prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.

"Bu, kritik bir irəliləyişdir, amma daha sürətli hərəkət etməliyik", - ABŞ Prezidenti bildirib.

Onun sözlərinə görə, bu günə qədər 12 yaşdan yuxarı ölkə sakinlərinin 71% -i azı bir dozada koronavirus peyvəndi qəbul edib.

"Hazırda 170 milyondan çox insan tam peyvənd olunub," - Cozef Bayden qeyd edib.
OXŞAR XƏBƏRLƏR